• Zimbabve prezidenti hakim partiyanın rəhbəri postundan uzaqlaşdırılıb

Bu gün Hakim "Zimbabve Afrika Milli İttifaqı – Vətənpərvərlik Cəbhəsi" Partiyasının Mərkəzi Komitəsi xüsusi iclas keçirib.

Karabakh Today-in "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə,iclasda ölkənin 93 yaşlı prezidenti Robert Muqabe sədrlikdən çıxarılıb.

Onun yerinə keçmiş vitse-prezident Emmerson Mnanqaqva təyin olunub.

Muqabenin həyat yoldaşı Qreys də partiyadan kənarlaşdırılır.

Karabakh Today

19.11.2017 16:30
Bölmə Siyasət