• Pens: “Kim Çen bizə görə danışıqlara gedir”

Şimali Koreya Cənubi Koreya ilə danışıqlara ABŞ-ın Pxenyana tətbiq etdiyi iqtisadi və diplomatik təzyiqlər ucbatından gedib.

Bunu jurnalistlərə açıqlamasında ABŞ vitse-prezidenti Maykl Pens söyləyib. Onun sözlərinə görə, ABŞ bundan sonra da Pxenyana təzyiqlər edəcək. O, ABŞ sanksiyalarının Koreya yarımadasının nüvə silahından tam təmizlənməyənə qədər davam edəcəyini bildirib.

Qeyd edək ki, az öncə Şimali və Cənubi Koreya nümayəndə heyətləri arasında görüş başlayıb. Görüşdə əsas müzakirə mövzusunun Şimali Koreya idmançılarının Cənubi Koreyadakı Qış Olimpiya Oyunlarına buraxılması məsələsi olacağı bildirilib.

Karabakh Today

09.01.2018 12:20
Bölmə Amerika