• Pentaqon rəhbəri: “Rusiya Qərb ittifaqının birliyini pozmağa çalışır”

“Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızının zəhərlənməsi Rusiyanın Qərbin birliyini pozmaq cəhdlərinin davamıdır”.

 

Bu sözləri ABŞ müdafiə naziri Ceyms Mettis deyib. O, bildirib ki, bu, Rusiyanın davamlı davranış tərzidir: “Onlar düşünürlər ki, bəzi şeylər edib, daha sonra bunu inkar edə bilərlər. Bununla onlar Qərb ittifaqının birliyini pozmağa çalışırlar”.
 

C. Mettis qeyd edib ki, Rusiya ABŞ-ın strateji rəqibi olmağı seçib və bu səhvə görə iki dövlətin yaxın münasibətlər qurmaq cəhdləri geridə qalıb. 
 

Qeyd edək ki, martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə hücum həyata keçirilib. Rəsmi London insidentdə Rusiyanı günahlandırıb, Moskva isə bütün ittihamları rədd edir. (apa)

 

Karabakh Today

28.03.2018 11:36
Bölmə Siyasət