• “KTMT-YƏ RƏHBƏRLİYİ ERMƏNİSTAN KİMİ BACARIQSIZ ÖLKƏYƏ HƏVALƏ ETMƏK OLMAZ”

"Bu gün açıqca görünür ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələr Ermənistanın atdığı addımlardan narazıdır. Hansı ki, bu addımlar təşkilatın imicinə ciddi zərbə vurur”.
 
Bunu  açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin eksperti
Kənan Paşayev deyib.
 
Analitik bildirib ki, İrəvanla KTMT arasında ilk gərginlik baş katib Yuri Xaçaturovun geri çağırılması ilə başlanıb: 
 
"Hələ Xaçaturovun KTMT-yə baş katib seçilməsi xəbəri yayılanda bu hadisə erməni ictimaiyyəti arasında birmənalı qarşılanmamışdı. Çünki Yuri Xaçaturovun bir hərbçi kimi bacarıqsızlığı 2016-cı ildə aprel döyüşləri zamanı öz sübutunu tapmışdı. Elə rəsmi İrəvanda da Xaçaturovun bu vəzifəyə seçilməsinə kifayət qədər narazı olanlar var idi. Ona görə də qısa zaman ərzində Xaçaturov tutduğu vəzifədən geri çağırıldı. Bu hadisə İrəvanla təşkilat arasında gərginliyə səbəb oldu. Boş qalmış vəzifəyə Belarusiyanın öz namizədini irəli sürməsi isə vəziyyəti daha da gərginləşdirdi. Çünki rəsmi İrəvan öz postunu Belarusiyaya vermək istəmirdi. Lakin, artıq KTMT-ya üzvü olan ölkələr də yaxşı başa düşür ki, Ermənistan kimi bacarıqsız ölkəyə böyük bir təşkilata rəhbərliyi həvalə etmək olmaz”.
 
Ekspert bildirib ki, İrəvan isə öz postunu qorumağa qərarlıdır. Bu isə gərginliyi daha da artıra bilər: 
 
"Hətta Ermənistan dövlətinin KTMT-dan uzaqlaşdırılması ehtimalı belə var. Bu gün təşkilat üzvü olan ölkələr Azərbaycanın da təşkilata üzvlüyünü çox istəyirlər. Lakin məlum məsələdir ki, Azərbaycan heç vaxt Ermənistanla eyni təşkilatda təmsil olunmağa imkan verməyəcək. Bütün bu səbəblər Ermənistanın təşkilata üzvlüyü haqqında qurum ölkələrini bir daha düşünməyə vadar edir. Hazırda Ermənistan dövlətinin atdığı bütün addımlar onun beynəlxalq arenadakı vəziyyətini sual altında qoyur”.
Karabakh Today

22.02.2019 15:15
Bölmə Analitika