• Cənubi Koreyada zəlzələ 50-yə yaxın nəfərin yaralanmasına səbəb olub.

"Rönhap" agentliyinə istinadən,Cənubi Koreyanın şərqində baş verən zəlzələ 5,4 bal gücündə olub.Yeraltı təkanların episentri Pohang şəhərindədir.

Bundan əvvəl 15 nəfərin yaralandığı,1300 nəfərin müvəqqəti sığınacağa köçürüldüyü bildirilirdi.

Zəlzələnin təkrarlanma ehtimalına görə hər il keçirilən kollecə giriş imtahanı gələn həftəyə qədər təxirə salınıb.

Karabakh Today

15.11.2017 23:22
Bölmə Asiya