• Cənubi Koreya KXDR-dən cavab gözləyir

“Cənubi Koreya hələ də KXDR-dən iki ölkənin hərbçiləri arasında danışıqlar keçirilməsi barədə təklifə cavab gözləyir”.

Bu barədə Cənubi Koreya Milli Müdafiə Nazirliyinin nümayəndəsi Çxve Xyon Su jurnalistlər üçün brifinqdə bəyan edib.

“Biz ötən ilin iyulunda Cənub və Şimalın hərbçiləri arasında görüşün keçirilməsi barədə təklifimizə sadiq qalırıq və təklif hələ də qüvvədədir”, - deyə Xyon Su bəyan edib.

O xatırladıb ki, yanvarın 9-da baş tutan Koreyaarası danışıqların nəticələrinə görə, tərəflər hərbi təmsilçilərin görüşünü keçirmək barədə razılıq əldə ediblər.(ordu.az)

Karabakh Today

23.01.2018 12:44
Bölmə Asiya