• Çindən AĞLAGƏLMƏZ PLAN: ABŞ bu üsulla sıradan çıxarılacaq

Çin Amerikanın maarifləndirici və elmi müəssisələrində yerləşdirilən “alim agentləri”n köməyi ilə ABŞ-ı dünya dövləti statusundan məhrum etməyə fəal şəkildə çalışır.

Bu haqda ABŞ Konqresinin Senatında çıxışı zamanı Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey bildirib.

Reyin sözlərinə görə, Çin agentləri lazımi məlumatları əldə etmək üçün elmi cəmiyyətin açıq olmasından və “sadəlövhlüyündən” istifadə edirlər.

“Bu yalnız Amerika dövlətinə deyil, həm də bütün cəmiyyətə təhlükə təşkil edir. Vəziyyəti cavabsız qoymamalıyıq”, - FTB-nin direktoru vurğulayıb.

İclasda iştirak edən respublikaçı senator Mark Rubio bildirib ki, Çin ABŞ üçün görünməmiş təhlükə təşkil edir:

“Düşünmürəm ki, ölkəmiz 240 illik tarixində belə gücdə və potensialda bir rəqiblər qarşılaşıb”.

Qeyd edək ki, 2017-ci ilin dekabrında ABŞ milli təhlükəsizlik üzrə yeni strategiyanı dərc edib. Sənəddə Rusiya və Çin “əsas rəqiblər” adlandırılıb. Vaşinqtonda əmindirlər ki, Moskva və Pekin “ABŞ-ın dəyərləri və maraqlarına uyğun olmayan dünya” yaratmaq istəyir.

Çinin Müdafiə Nazirliyi isə ABŞ-ı “soyuq müharibə” düşüncəsindən imtina etməyə və əməkdaşlığın inkişaf yolları üzrə hərəkət etməyə çağırıb. Moskva da, öz növbəsində, yeni milli təhlükəsizlik strategiyasındakı “düşmənçiliyə” baxmayaraq, Vaşinqtonla işləməyə hazır olduğunu bildirib.

Karabakh Today

14.02.2018 11:11
Bölmə Siyasət