• “Rusiyaya qarşı bu qədər aqressiv olan Qərb onu Çinin ağşuna atmamalıdır”

“Le Figaro”nun fikrincə, Kreml rəhbərliyinin yersiz addımları və uzaqgörən strategiyasının olmaması həmişə Rusiyanın başına fəlakət gətirir

Avrasiyanın ən böyük iki dövlətinin, Rusiya və Çinin dövlət başçıları yenidən “seçildilər”. “Lakin həm Putinin, həm də Si Tzinpinin avtokratik xarakterinə rəğmən onların tutduqları strateji xətt fərqlidir”,-Fransanın “Le Figaro” qəzetindən Reno Jirar yazır.

Bu da Qərbin iki dövlətlə bağlı siyasətinin xarakterini müəyyən edir.

1989-cu ildə kommunist ideologiyasının süqutundan sonra nə Çində, nə də Rusiyada Monteskyö ruhunda hüquqi dövlət formalaşdı.

Kommunistlərin, demək olar ki, dinc yolla hakimiyyətdən getdiyi Rusiyadan fərqli olaraq Çin rejimi 1989-cu ildə Tyananmen meydanında dinc nümüyişçiləri gülləbaran etməklə özünü qoruyub saxladı.

Bu səbəbdən Şərqin iki böyük avtorkratiyası arasındakı fərq ondan ibarətdir ki, Moskvada az-çox fərqli görüş bildirimək azadlığı Çində ümumiyyətlə qadağandır. Rusiyalılar müəyyən qəzetlərdə, sosial şəbkələrdə öz prezidentlərini tənqid edə bilsələr də, Çində buna heç kimin buna cürəti çatmır.

Reno Jirarın fikrincə, iki böyük nüvə dövləti arasında fərqlilik təkcə avtoritarizmin dərəcəsi ilə ölçülmür.

“Məsələ burasındadır ki, 1989-cu ildən bəri götürdüyü strateji xətdən kənara çıxmayan Çindən fərqli olaraq Rusiyanın strategiyası sanki həmişə cızma qara ilə yazılır”, - müəllif qeyd edir.

Image result for Rusiya-çin

Jirar Rusiyanın ümumiyyətlə hər hansı bir məsələdə starteji ardıcıllığa riayət etmədiyi düşüncəsindədir.
“Siyasi cəhətdən həm Rusiya, həm də Çin struktur olaraq Kommunist parityası tərəfindən qurulublar. Lakin Moskvada əvvəlcə Qorbaçov, daha sonra Yeltsin həm dövlətə, həm də cəmiyyətə rəhbərlik edən bu iri təşkilatı dağıtdılar. Üstəlik, onu effektiv bir mexanizmlə əvəz etmədilər. Pekin isə Kommunist partiyasının Çinin yeni kapitalist cəmiyyətinin idarə olunması üçün daha da təkmilləşdirdi.

Kommunzm adı altında ÇXR idarəçiləri əsl Çin yolun seçiblər. Onlar öz xalqının əvvəllər maoçular tərəfindən zorla basdırılan sahibkarlıq və kommersiya bacarığına sərmayə qoydular.

Xarici siyasətdə isə Çin dünya arenasında 3 libasda göründü. İlk olaraq çinlilər “xeyirxah Qərbin kömək etməli olduğu inkişaf etməyən ölkə, daha sonra Ümumdünya Ticarət Təşkilatının qaydalarına şərtsiz əməl edən, habelə mütərəqqi texnologiyalara açıq olan dost ticarət ölkəsi olaraq Qərb dövlətlərinin hüzuruna çıxdı. Çinin dünya siyasətindəki zühurunun 3-cü fazası indiki prezident Si Tzinpinin vaxtında baş verib. Bu Avropaya istiqamətlənən və onun ələ keçirilməsinə hədəflənmiş “İpək yolu” strategiyası vasitəsilə ticarət hegemoniyasının təsbit olunması mərhələsidir”, - Jirar yazır.

Image result for Rusiya-çin

Fransız təhlilçi Rusiya liderlərinin kommunizmdən sonra çinlilərdən fərqli olaraq hər şeyi kəllə-mayallaq həyata keçirdiyini bildirir: 
“Rusiya rəhbərləri əsl dayazlıq nümayiş etidirərək ölkəni fəlakətli ekperimentlərə sürüklədilər. Bütün sənaye aparatının tələm-tələsik özəlləşdirilməsi ölkə iqtisadiyyatının mafioz oliqraxların əlinə keçməsinə şərait yaratdı. Putin isə yalnız küçələrdə nizamı bərpa etdikdən sonra mərkəzi hakimiyyətin üstünlüyünü bu yeni boyarlar üzərində qura bildi. Lakin o da Rusiyada savadlı kadrların, alimlərin, o cümlədən investorlaırn qoruyub saxlamağa kömək edəcək hüquqi dövlət yaratmadı. Xarici siyasətdə Krımı geri qaytardı, lakin onun yerinə Ukraynadan və Rusiya iqtisadiyyatına pul qoyan iri banklardan məhrum oldu. Suriyada ruslar üstünlük əldə etsələr bunun sadə rus xalqına hansı xeyri dəydi? Putin rejimi Britaniyada “satqınları” qətlə yetirir, amma nəyin naminə? Putin özünün qısamüddətli taktikası ilə yerində sayarkən Si Tzinpin uzunmüddətli perspektivlə hərəkət edir”.

Müəllif bütün bunları qeyd edərək belə bir qənaətə gəlir:

“Avropalılar indi onlara yuxarıdan aşağı baxan ABŞ-ın və “qoca qitə”ni tamamilə udmaq istəyən Çinin arasında qalıb. Bu səbəbdən Avropa ilk olaraq Rusiyanın paranoyalarını dərk etməli, daha sonra isə onu müalicə edib yenidən ailəsinə geri qaytarmalıdır. Rusları çinlilərin ağuşuna buraxmaq əsl dəlilik olar...”.(musavat)

Karabakh Today

27.03.2018 15:29
Bölmə Siyasət