• İsrail qonşu dövlətin paytaxtını bombaladı

Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat verilmir

İsrail hərbi hava qüvvələrinə aid döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqi (Şam) bombalayıb.Qırıcılar paytaxtda yerləşən silah deposunu hədəf alıb.

Suriya ordusundan verilən açıqlamaya görə, İsrail tək havadan yox, qurudan da bombardman həyata keçirib. İsrail mediası hücumu son dəqiqə başlığı ilə oxuculara çatdırıb. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Keçən il də İsrailə aid döyüş təyyarələri bir neçə dəfə Suriyanın paytaxtını bombalamışdı.

Qeyd edək ki, iki ölkə sərhəddində yerləşən Suriyaya aid Qolan təpələri yarım əsrə yaxındır ki, İsrailin işğalı altındadır.

Karabakh Today



 

09.01.2018 12:57