• `Zeytun budağı`nda itkilər açıqlandı

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin şəhərində keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində itkilər barədə rəsmi açıqlama yayıb. FaktXəbər "Anadolu" agentliyinə istinadən bildirir ki, Türkiyə ordusu əməliyyatların 17-ci günündə qarşı tərəfin 947 itki verdiyini bəyan edib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 17 gün ərzində 13 əsgərini itirib, 57 hərbçi isə yaralanıb.

Nəzərinizə çatıdraq ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD terrorçularını zərərsizləşdirmək üçün "Zeytun budağı" əməliyyatını başladıb.

Karabakh Today

05.02.2018 13:23