• Kremlin istəyi reallaşdı: - YPG Əsədlə Türkiyəyə qarşı razılaşdı

YPG Əsəd rejimi ilə məxfi razılaşma əldə edib.
Bu barədə informasiyanı Livanın “Əl Mayadin” televiziyası yayıb. İddiaya görə, YPG/PKK qruplaşması Afrindəki mövqelərini Əsədə verməyə razılaşıb.
Əsəd qüvvələrinin Afrinə yaxın zamanlarda gələcəyi  deyilib.
Qeyd edək ki, Türkiyə yanvarın 20-dən etibarən Afrində YPG-yə qarşı “Zeytun budağı” əməliyyatları aparır. Əməliyyatdan öncə Rusiyanın YPG-yə Türkiyənin zərbəsindən qaçmaq üçün əlində saxladığı əraziləri, o cümlədən Afrin bölgəsini Əsəd qüvvələrinə verməyi və geri çəkilməyi təklif etdiyi, YPG-nin isə bu təklifi qəbul etmədiyi bildirilmişdi.(Axar.az )
Karabakh Today

16.02.2018 10:49