• Ankaradan sürpriz açıqlama: Türkiyə Rusiyadan üz çevirdi?

Aksoy bildirib ki, məsələ ilə bağlı olaraq XİN müşaviri Ümit Yalçın gələn həftə Vaşinqtona gedəcək

"Raket əleyhinə müdafiə sistemi "Patriot" ala bilmək üçün Amerika ilə müzakirələr aparırıq".Bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy jurnalistlərlə görüşündə deyib.

Aksoy bildirib ki, məsələ ilə bağlı olaraq XİN müşaviri Ümit Yalçın gələn həftə Vaşinqtona gedəcək.

"Səfərdə qarşı tərəflə bir neçə başlıqda danışıqlar olacaq. Başda Menbiç məsələsi olmaqla, raket əleyhinə müdafiə sistemi, iki tərəfli əlaqələr də müzakirə olunacaq. Hazırda "Patriot" ala bilmək üçün amerikalı həmkarlarımızla mütəmadi danışıqlar aparırıq. Menbiçdəki vəziyyətə gəlincə, Türkiyə orada PYD-ni görmək istəmir. Bunu dəfələrlə ABŞ-a bildirdik. Müzakirələrin sonunda ortaq nöqtəyə gələcəyimizə inanırıq", — sözçü qeyd edib.

Xatırladaq ki, Türkiyə 3 il öncə "Patriot" raket müdafiə sistemi almaq üçün ABŞ-a müraciət etsə də, Vaşinqton Ankaranın tələbinə cavab verməmişdi. Daha sonra rəsmi Ankara Moskva ilə danışıqlar aparmış, ruslarla "S-400" zenit raket kompleksi müqaviləsi imzalanmışdı.     


Karabakh Today

23.03.2018 17:29