• "Şimal-Cənub" dəhlizi üzrə yükdaşımaların həcmi 2 milyon tona çatdırılacaq

Gələn il "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin mövcud məntəqəsində yükdaşımaların həcmi 1,5 - 2 milyon ton səviyyəsində proqnozlaşdırılır.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov brifinqdə deyib.

O qeyd edib ki, dəhlizin Astaradan İranın sərhədinədək olan Azərbaycan hissəsi və Astaraçay üzərində körpü istismara tam hazırdır.

İ.Hüseynovun sözlərinə görə, ilk mərhələdə iki terminalla - konteyner və əsas yüklər üçün - kifayətlənmək planlaşdırılır.

Karabakh Today

07.11.2017 12:09
Bölmə İqtisadiyyat