• Energetika nazirliyində 3 rəhbər şəxs vəzifəsindən azad edilib

Yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov nazirliyin iki idarə rəisi və bir şöbə müdirini işdən çıxarıb.

APA-nın məlumatına görə, nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi Hacıqulu Sadıqov, Enerji Nəzarət İdarəsinin rəisi Cəfər Hüseynov və beynəlxalq şöbənin müdiri Rauf Həsənov vəzifəsi ilə vidalaşıb.

İşdən azad etməyə səbəb kimi nazir P. Şahbazovun yeni komanda qurması göstərilir.

Karabakh Today

 

15.11.2017 17:00
Bölmə İqtisadiyyat