• "Aİ-95" və "Aİ-98" markalı benzin bahalaşıb

Azərbaycanda "Aİ-95" premium və  “Aİ-98” super markalı benzinin qiyməti qalxıb.

Hər iki markadan olan benzinin 1 litrinin qiyməti müvafiq olaraq 1,25 və 1,50 manata çatıb.

Report-un SOCAR-dan aldığı məlumata görə,bahalaşmanın səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir.

"Aİ-95" və “Aİ-98” markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyasından asılıdır.

Qiyməti Tarif Şurası tərəfindən tənzimlənən “Aİ-92” markalı benzinin və dizel yanacağınının qiymətində dəyişiklik olmayacaq.

Karabakh Today

17.11.2017 20:56
Bölmə İqtisadiyyat