• ABŞ dövlət katibinin köməkçisinin müşaviri: "ABŞ Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyir"

ABŞ Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyir".

  

Bunu bu gün Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri, xanım Sandra Oudkirk bildirib.

 

S. Oudkirk deyib ki, ABŞ Cənub Qaz Dəhlizinin reallaşmasına birmənalı dəstək verir: "Bütün ölkə və şirkətləri bu çətin işin başa çatdırılması münasibətilə təbrik edirəm. Layihənin həyata keçirilməsi regionda stabilliyin bərqərar olmasını və enerji resurslarının diversifikasiyasını təmin edəcək.

Öz  növbəsində, ABŞ prezidenti Donald Tramp da layihənin həyata keçirilməsinə dəstəyini bildirir".

 

Karabakh Today

29.05.2018 11:22
Bölmə İqtisadiyyat