• Fransadan etiraf: Rusiya böyük gücdür, amma...

Fransa Prezidenti Emmanuel Makron Rusiyanı böyük güc olaraq qiymətləndirir və ona hörmətlə yanaşır.

 Karabakh Today xəbər verir ki, bunu Fransanın XİN rəhbəri Jan İv Le Drian deyib.

“Məhz bu səbəbdən Makron seçkilərdən dərhal sonra Vladimir Putini Versala dəvət etdi. Amma Rusiya ilə münasibətlərdə fikir ayrılığı mövcuddur. Bu fikir ayrılığının içərisində Ukrayna problemi və Suriyada kimyəvi silahlardan istifadə yer alır. Buna baxmayaraq, biz Moskva ilə dialoqu davam etdiririk”, - XİN rəhbəri bildirib.(axar)

Karabakh Today

22.01.2018 12:39
Bölmə Siyasət