• Rusiya gəmiləri Suriyadakı bazasını tərk etdi

Rusiya hərbi gəmiləri Suriyanın Tartus limanını tərk edib.

Bu, “Image Satellite Internacional” şirkəti tərəfindən dərc olunmuş peyk şəkillərinə əsasən bildirilib.

Fotolardan birində limanda yeddi gəminin dayandığı görünür, bunlardan ikisi əks-təxribat “Грачонок” kateri və ikisi dizelli sualtı qayıqdır. Aprelin 11-nə aid ikinci şəkildən isə görünür ki, gəmilərin bir çoxu artıq Tartusda yoxdur, limanda cəmi bir submarina qalıb.

“Suriyanın Tartus limanında rus Hərbi Dəniz Donanmasının xeyli gəmisi yoxa çıxıb. Hazırda yoxa çıxmış gəmilər gözlənilən zərbələrə görə dənizə doğru yönəldiliblər. Limanda yalnız bir ədəd “Кило” sinfinin sualtı qayığı qalıb”, - şirkətin məlumatında deyilir.

Karabakh Today

12.04.2018 14:50
Bölmə Siyasət