• Çavuşoğlu : ABŞ bir gün bunu anlayacaq

FETÖ terror təşkilatnın necə xain qruplaşma olduğunu bütün dünya anlayıb. Bunu ABŞ da bir gün başa düşər.

Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.

O,ölkəsinin ABŞ-dan bu günə qədər istədiyi dəstəyi görə bilməməsindən gileylənib. Nazir FETÖ rəhbəri Fətullah Gülənin ekstradisiya olunması barədə tələblərinin həyata keçirilməməsi və hələlik istintaq başladılmamasından təəssüfləndiklərini bildirib:

“ABŞ bizim ən önəmli müttəfiqlərimizdən biridir. FETÖ və PYD-yə silah verdiyi üçün ölkələrimiz arasındakı münasibətlərdə gərginlik yaranır. Bunları da dialoq yolu ilə həll etməyə çalışırıq”.

Karabakh Today

13.01.2018 15:27
Bölmə Siyasət