• Kremlin “Troya” əməliyyatı MƏXFİLİKDƏN ÇIXARILDI - 181 min dollarlıq qiyamın ŞOK DETALLARI

Rusiya 2014-cü ildə Ukraynada vəziyyətin destabilizasiyası üçün “Troya” gizli əməliyyatı hazırlayıb.

Bu haqda Böyük Britaniyanın “The Times” nəşrində dərc edilən məruzəyə istinadən “Amerikanın Səsi” yazıb.

Məruzə Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Vladislav Surkovun elektron poçtunun məktublarından informasiyanın itkiləri əsasında hazırlanıb. Beləliklə, Ukraynanın daha bir regionunun Rusiya tərəfindən tutulması planı məxfilikdən çıxarılıb.

Rusiya Dövlət Dumasının “Vahid Rusiya” Partiyasından olan keçmiş deputatı Aleksey Muratov əməliyyatın müəllifi idi.

Əməliyyata görə, Ukraynanın Zaporojye vilayətində (Azov dənizinin sahilində yerləşir, Donetsk vilayəti ilə həmsərhəddir –red.) əhalinin hakimiyyət əleyhinə qiyama hazırlanması nəzərdə tutulurdu. Muratovun da dediyi kimi, vilayəti “nasist-faşist işğalçılarından azad etmək” istəyirdilər. Bu, Ukraynanın destabilizasiyası üzrə Kremlin daha geniş planının bir hissəsi idi.

Məruzənin həmmüəllifi, Mühafizəkarlar Partiyasından olan Britaniya deputatı Bob Silinin sözlərinə görə, mənbələr gizli kampaniyalara və hibrid müharibəyə, həmçinin aksiyalarda iştirak və regional hökumətlərin devirilməsi üçün ödənilən məbləğlərə işıq salır.

“Troya” əməliyyatına uyğun olaraq, Muratov Rusiyayönlü qiyamın Donbasdan qərbə yayılmasına 181 min dolların ayrılmasını təklif edirdi. Əməliyyatın həyata keçirilməsi üçün həmin vaxt ərazidə olan Rusiyanın casus şəbəkələrindən istifadə nəzərdə tutulurdu.

Məruzənin müəllifinin sözlərinə görə, hakerlər tərəfindən ələ keçirilmiş məlumatlar Ukraynada siyasəti Kremlin xeyrinə uzunmüddətli yönəltmək cəhdini göstərir. Bu cəhdin arxasında rusdilli əhali arasında regionlar üçün muxtariyyəti təbliğ etmək və Kiyevdə mərkəzi hökumətin nəzarətini zəiflətmək dayanırdı.

Eyni metodlar Donbasda Rusiyanın hərbi müdaxiləsi ilə paralel istifadə edilmişdi. Lakin, Donbasdan fərqli olaraq, Zaporojyedə Muratovun hazırladığı əməliyyatı həyata keçirmək mümkün olmayıb.

Karabakh Today

03.04.2018 12:18
Bölmə Siyasət