• Azərbaycanlı tələbələr Türkiyədə 20 Yanvarla bağlı sərgi keçirib - FOTOLAR

Uşakda universitet tələbələri "Azərbaycanın qəhrəmanlıq dastanı" adlı fotosərgi təşkil edərək, 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.

Uşak Universiteti Azərbaycanlı Tələbələr Birliyi  “Qara yanvar”, “Qara şənbə” və ya “20 Yanvar faciəsi” - 1990-cı il yanvarın 19-dan  20-nə keçən gecə Sovet ordusunun Azərbaycanın paytaxtı Bakıya girməsiylə törədilən qırğında şəhid olanların xatirəsini "Azərbaycanın qəhrəmanlıq dastanı" adlı fotosərgi ilə yad edib. Fotosərgi İNDEX- Azərbaycanın insan kapitalı və inkişaf mərkəzinin maliyyə dəstəyi ilə baş tutub.

Bu qətliam "Qara yanvar" adlanır və əsl səbəb isə Ermənistan Sovet Sosialist Respublikasının tələbləri ilə əlaqədardır. Ermənilərin artan torpaq tələblərinə qarşı böyük bir azərbaycanlı kütləsi reaksiya göstərmiş və "Rədd olsun ermənilər" şüarları ilə aksiyalar təşkil etmişdilər.

13 Yanvar 1990-cı ildə başladılan Bakı qətliamını dayandırmaq iddiası ilə Sovet Ordusu Bakıya girərək üsyanı qanlı bir şəkildə yatırdı. Sovet qoşunları 1990-cı il yanvarın 20-də  erməniləri qorumaq adı altında Bakıya girərək 143 nəfəri qətlə yetirdi. 700-ə yaxın insan isə xəsarət alaraq yaralandı.

Uşak Universiteti Azərbaycanlı Tələbələr Birliyi nümayəndəsi Ramin Seyid Tiritoğlu parkında keçirilən bu fotosərginin Uşak əhalisi tərəfindən maraqla ziyarət edildiyini bildirərək, bu cür fəaliyyətlərin dövlət və millət olaraq bir-birinə hər zaman dəstək olma baxımından əhəmiyyətli olduğunu ifadə edib.

Karabakh Today

1

1

1

23.01.2018 16:56
Bölmə Tarix