• İsraildən dünyaya təhdid: “Qüds paytaxtımız olmasa…”

Qüds İsrailin paytaxtı olmasa, heç vaxt sülh də olmayacaq.

 Bunu BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı İsrailin BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Denni Denon söyləyib.

“Fələstin ya şiddəti, ya da dialoqu seçəcək. Qüdsün İsrailin paytaxtı olmadığı yerdə heç vaxt sülh olmayacaq”, – deyə o bildirib.

Fələstinin BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Riyad Mənsur isə Trampın Qüds qərarının Təhlükəsizlik Şurasının qərarlarına zidd olduğunu bidlirib:

“ABŞ-ın qərarı bölgədə qeyri-stabilliyi artıracaq, böyük fəlakətə səbəb olacaq. ABŞ-ın İsraili mükafatlandırmaq cəhdi onun bölgədəki liderliyini baltalayacaq”.

Karabakh Today

09.12.2017 14:05
Bölmə Orta Şərq