• ABŞ, İsrail, İran və... - Bu qərarlar III Dünya müharibəsini BAŞLADACAQ

“Üçüncü dünya müharibəsini teosiyasi düşüncəyə sahib insanlar çıxardacaq. Geosiyasət coğrafiyanın təsiri altında formalaşdığı halda, teosiyasət teoloji – din və inancların təsiri altında formalaşır”.

Bu fikirlə Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı Kamal Öztürk çıxış edib.

Onun sözlərinə görə, ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və İranın qəbul etdiyi siyasi qərarlar teosiyasətdən qaynaqlanır.

“Buna görə də sözügedən dövlətlərin siyasətlərində hər kəsə anlamsız gələn yanaşmalar müşahidə edilir. Din və inancların təsiri altında qalan dövlətlərin dünyanı necə bir xaosa apardığını Suriya, Yəmən, İraq və Misir böhranlarında gördük. İsrailin Qüdsü paytaxt elan etməsi, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması, İsrailin yeni məskunlaşma məntəqələri, Qəzza və Colan Təpələrinin işğalı da teosiyasi qərarlardır. Səudiyyə Ərəbistanının Misirdəki hərbi çevrilişi dəstəkləməsi də teosiyasidir”, - yazar qeyd edib.

O hesab edir ki, İranın bölgədəki bütün siyasəti, xüsusən Suriya və İraqla bağlı addımları teosiyasi xarakter daşıyır. Yazarın sözlərinə görə, qəbul edilən qərarların teosiyasi olması digər bütün maraqları geridə qoyur.

“Başqa sözlə, iqtisadi və geosiyasi baxımdan ölkəyə zərər verməsinə baxmayaraq, üstün gələn qərar teosiyasi olur. Çünki inancı bilikdən güclüdür”, - Kamal Öztürk yekunlaşdırıb.

Karabakh Today

29.03.2018 12:02
Bölmə Cəmiyyət