• Avropadan Afrin mesajı - Ankara inanılmaz sınaqlardan keçir…

Suriya sərhədində yaşayan vətəndaşlarının təhlükəsizliyini təmin etmək Türkiyənin haqqı və vəzifəsidir.

Bu sözləri Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Federika Moqerini deyib.

“Türkiyə ilə əməkdaşlıqda hər zaman dürüst və açıq olduq. Qəbul etmək lazımdır ki, Türkiyə inanılmaz sınaqlardan keçir. Terror, ani çevriliş cəhdi, qaçqın böhranı və sərhədləri xaricində bir savaş baş verir. Sərhədlərində yaşananlar başda olmaqla, biz Türkiyənin qayğılarını anlayırıq. Suriyanın şimalında açılan yeni cəbhədən dərin narahatlıq hissi keçiririk. Şiddətin artması qarşıdurmalara siyasi həll yolu tapılması prosesini ləngidə bilər. Suriyada yeni cəbhə açmaq Türkiyəni daha təhlükəsiz vəziyyətə gətirməyəcək. Bu təhlükəsizlik yalnız müzakirə edilmiş bir siyasi həllə nail olduqdan sonra yaranacaq”, - Moqerini bildirib.(axar)

Karabakh Today

07.02.2018 13:26
Bölmə Analitika