• “Barbarossa”nın unikal xəritə planı hazırlandı

Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında İkinci Dünya Müharibəsinin ilk günlərinə həsr olunmuş unikal tarixi xəritə yayımlanıb. 

 Rusiya Müdafiə Nazirliyinin Arxiv Mərkəzinin əməkdaşları Qırmızı Ordunun SSRİ-yə soxulan düşmənlə ilk döyüşlərini əks etdirən və bundan əvvəl yayımlanmayan sənədləri üzə çıxarıb. 

Saytda müharibənin ilk günlərinin gizli arxiv sənədlərini tapmaq mümkündür: SSRİ Xalq Müdafiə Komissarlığı direktivləri, əmrləri, hərbi hissələrin komandirlərinin məruzələri və s.

İlk dəfə saytda SSRİ Xalq Müdafiə Komissarlığının 1941-ci il iyunun 22-də hazırladığı direktiv yayımlanıb. 

Həmçinin, layihədə “Barbarossa planı”nın ilkin mərhələsinin xəritəsi yerləşdirilib. Xəritədə alman-faşist qüvvələrinin SSRİ sərhədinə yerləşdirilməsi, müharibənin ilk günlərində düşmənin hücumlarının planlaşdırılmış istiqamətləri göstərilib.

 

 
Karabakh Today

 

22.06.2018 12:11
Bölmə Siyasət