• NATO-dan Putinə cavab: Tiflisin taleyi…

Rusiya Gürcüstanın NATO-ya qəbul məsələsini həll etmək haqqına sahib deyil.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşü zamanı NATO Baş katibi Yens Stoltenberq deyib.

“Rusiya öz qonşularının yerinə hansısa qərar vermək haqqına sahib deyil. Gürcüstan müstəqil və suveren ölkədir. Bu ölkə öz taleyini həll etmək haqqına sahibdir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin Gürcüstan və Ukraynanın NATO-ya qəbulunun əleyhinə olduğunu bəyan edib.

Karabakh Today

19.07.2018 18:46
Bölmə Siyasət