• Azərbaycan XİN: Ermənistan KTMT-nin yeganə üzvü deyil

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeganə üzvü deyil".

Bunu Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev avqustun 31-də keçirdiyi brifinqdə rəsmi Yerevanın Azərbaycanın KTMT-yə mümkün üzvlüyünə veto qoymaq barədə açıqlamasına münasibət bildirərkən deyib. 

"Ermənistan KTMT-nin yeganə üzvü deyil, bu təşkilatın digər üzvləri də var", - o deyib.

Xatırladaq ki, Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsini müvəqqəti icra edən Anna Naqdalyan bildirib ki, Azərbaycan KTMT-yə daxil olmaq niyyətini açıqlayacağı təqdirdə Ermənistanın veto hüququndan istifadə edəcək. 

Karabakh Today

31.08.2018 12:15
Bölmə Siyasət