• Ermənistanın Yaxın Şərqdə fəallaşması: bu, Rusiya üçün nəylə təhlükəlidir?

Nəyə görə Yerevan oyunu “öz liqasından kənarda” başlayaraq Yaxın Şərqdə fitnəyə əl atır?

Əgər əvvəllər Ermənistanın Yaxın Şərq istiqamətindəki fəaliyyəti təsadüf xüsusiyyəti daşıyırdısa, bu gün Yerevanda hakimiyyətyanı ekspert səviyyəsində “ölkəni Yaxın Şərqə qaytarmaqdan” danışırlar. Belə ambisiyalı plandan irəli gələrək, Ermənistanın XİN rəhbəri bu günlərdə Misirə səfər edib. Yerevanın fəallaşması Rusiya üçün hansı risklər gətirə bıləcəyini “Qazeta.Ru” aydınlaşdırmağa çalışıb.

Hələ bir az əvvəl Yerevanın Yaxın Şərq istiqamətindəki fəallığı əsas etibarı ilə rəhbər elitanın maddi maraqları ilə şərtlənirdi. Buna parlaq misal kimi Nikol Paşinyana yaxınlığı olan, adı Yaxın Şərqdə bir çox qeyri-leqal sövdələşmələrə bulaşmış silah alverçisi David Qalstyanın vasitəsilə Ermənistana köhnəlmiş silah-sursat satışı müqabilində büdcə vəsaitlərinin silinməsini göstərmək olar ki, bu barədə də rus və erməni KİV-ləri məlumat vermişlər. İndi isə Yerevanda hakimiyyətyanı ekspert səviyyəsində “ölkəni Yaxın Şərqə qaytarmaqdan” danışırlar.

Bu zaman, hər şeydən göründüyü kimi, Ermənistan xarıcı siyasətinin Yaxın Şərq dairəsində fəallaşması bilavasitə Türkiyə faktoru ilə bağlıdır.

Bu baxımdan yaxınlarda Cairo24.com Misir saytıdakı məqalə maraqlıdır. Başqa şeylərlə yanaşı məqalə müıllifi qeyd edir ki, Kürd İşçi Partiyası döyüşçülərinin, hansılar ki, dünyanın bir çox ölkələrində terrorçu hesab edilirlər, erməni silahlı qüvvələrinin sıralarına cəlb edilməsi aktiv fazaya qədəm qoymuşdur.

Kürdlər “qeyri-nizami xalq qoşununda”

Beləliklə, məqalədə iddia edildiyi kimi, Suriya və İraq ərazilərindən İranı keçməklə, harda ki, yükboşaltma məntəqəsi kimi Urmiya şəhəri çıxış edir, Ermənistana 25 kürd döyüşçüsündən ibarət qrup atılmışdır, tezliklə isə guya oraya daha iki qrupun atılması planlaşdırılmışdır. Birincisi PKK-nın (YPG) Surya qanadından yığılmışdır, 250 döyüşçüdən ibarətdir, Suriya-İrak sərhədində Qamışlı rayonunda yerləşdirilmişdir. Həmin qrup üçün logistik məsələlərin (İrak ərazisi ilə hərəkət etmə, Ermənistan ərazisinə keçmək məqsədilə İrana atılma) həllində İrakda fəaliyyət göstərən iranyönümlü “Bədr” təşkilatı məsuliyyət daşıyır. Haqqında söz gedən 250 döyüşçünün yeni mövqelərin tutulmasında, hücum hərəkətlərinin aparılmasında rolu vardır.

Partizan müharibəsi aparmaq sahəsində  ciddi təcrübəsi olan 25 döyüşçüdən ibarət ikinci qrup isə “Məhmur”un bazasında İran şəhəri Ərbilin cənubunda formalaşmışdı. O, bu ilin avqustunda “Hizbullahın” İrak qanadının logistik dəstəyilə Bağdada atılmışdır və burada həmin təşkilatın qərargahında yerləşdirilmişdir. Sentyabrın əvvəlində onlardan 17 nəfəri İran NBM-dən keçməklə Ələməyə, 8 nəfəri isə Ələm şəhərinə göndərilmişdir. Nəticədə 17 nəfərdən ibarət qrup quru yolla sonradan Ermənistana atılması məqsədilə Urmiyaya, daha 8 nəfər Tehrana göndərilmişdi və sonuncular hava yoluyla Yerevana çatdırılmışdılar.

Buna bənzər fəallığı genişləndirərək, təhlükəli regional proseslərə, hansıların ki, nəticəsi sadəcə olaraq ağlagəlməz ola bilər, yol açmağa risk edərək Ermənistan həqiqətən “öz liqasından kənarda” oyuna başlamışdır.

Paralel olaraq bir tərəfdən də Paşinyanın daxili siyasət düşüncələrinə rəğmən Azərbaycanla danışıqlar prosesini pozan və hərbi hərəkətlərin bərpası riski ilə üzləşmiş Ermənistan, bir sıra ekspertlərin rəyincə, indi, yəqin ki, Suriya və İraqdakı terrorçu qruplaşmaların hesabına şəxsi heyyətin itkilərini minimallaşdırmağa çalışır.

Bu istiqamətdəki iş ölkədə “qeyri-nizami xalq qoşununun” yaradılması haqqında bəyan etmiş Ermənistanın müdafiə nazirliyinin rəhbərliyi altında aparılır. Həmin bu qoşun yer kürəsinin ən müxtəlif bucaqlarında yaxın vaxtlardakı hərbi qarşıdurmalardan yaxşı məlum olduğu kimi, hərbi əməliyyatlar zamanı xarici muzdluların cəlb edilməsi və istifadəcini ört-basdır etmək üçün ideal vasitədir.

Bu azmış kimi, öz fəaliyyətini beynəlxalq ictimaiyyətdən yayındırmaq üçün Ermənistan nazirlər və Qarabağ erməniləri səviyyəsində ümumi məkana Azərbaycanda az qala yer üzündən silinmiş hansısa “İslam dövlətinin” (Rusiyada qadağan edilmiş terror təşkilatı – Gazeta.Ru) terrorçularının mövcudluğu haqqında məlumatlar buraxır – bu isə erməni tərəfinin hələ 2016-cı ilin aprelində işləyib hazırladığı kifayət qədər zəif bir gopdur.

NATO üzvü olan ölkənin kuratorluğu altında Rusiyanın “qarınaltısında” hərbiləşdirilmə

PKK qüvvələrini regiona atmaqla yəqin ki, Yerevan Dağlıq Qarabağ ətrafındakı münaqişəni beynəlmiləlləşdirməyə imkan yaradır. Xaricin (Rusiyadan başqa) idarəçiliyində olan elementlərin iştirakı ilə Yaxın Şərqin hərbiləşdirilmlş qruplaşmalarından olan muzdluların Rusiyanın “qarınaltısına” (hansı ki, Zaqafqaziya hesab olunur) cəlb etmək, RF sərhədləri yanında artan hərbiləşdirilmə açıq-aydın Kremlin maraqları ilə ziddiyət təşkil edir.

Rusiya qoşunlarını Suriyaya göndərib ki, terrorizmlə öz sərhədləri yaxınlığında olmamaqla uzaq cəbhədə mübarizə aparsın. Yerevan isə Yaxın Şərqdən hərbiləşdirilmlş qruplaşmaları regiona idxal etməklə birbaşa əks fəaliyyətlə məşğuldur. Xatırladaq ki, Nikol Paşinyanın vaxtında Livan erməni döyüşçülərindən ibarət olan və 2016-cı ildə üç erməni polisini qətlə yetirmiş antirusiya terrorçu “Sasna Tsrer” qruplaşması siyasi partiya statusu alıb və hakimiyyətin ən yüksək eşelonlarına birbaşa girişə malikdir.

Hətta region üzrə mütəxəssis olmaq lazım gəımir ki, başa düşəsən: PKK-nı regiona cəlb eləməklə Yerevan qaçılmaz şəkildə Ankaranı Zaqafqaziyada təhlükəsizlik sahəsində öz maraqlarının dəqiq artikulyasiya etməyə sövq edir – Türkiyənin Qafqaz sərhədləri yanında PKK-nın fəallaşması Ankara tərəfindən buna sadəcə məhəl qoymamaqla qarşılana bilməz.

Paralel olaraq Ermənistanda  ən yüksək səviyyədə Azərbaycanla iyul qarşılaşması kontekstində Rusiya maraqları baxımından “türk təhlükəsi”, regionda “Ankaranın destruktiv rolu” haqqında tezis və s. təbliğ olunur, Rusiyanın da Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək üzrə azacıq gizlənilən kurs götürülüb ki, buna da sübut kimi iyulda Ermənistanın KTMT-yə səmərəsiz müraciətini göstərmək olar.

Göz önünə aşağıdakı vəziyyət gəlir: indiki “Ermənistanın Yaxın Şərqə qayıtması” işi NATO üzvü, Ermənistanla diaspora xətti ilə yaxın münasibətləri olan ölkə – Fransa tərəfindən idarə olunur.         

PKK və YPG ilə əməkdaşlıq, döyüşçülərin Ermənistana atılması kimi sərbəst bir iş ciddi dəvlətin kəşfyyat xidmətinin dəstəyi olmadan mümkün deyildi. Ermənistanın tərəfdaşları arasında Yaxın Şərqdə belə imkanlar məhz indiki anda Türkiyə ilə demək olar açıq geosiyasi qarşıdurma vəziyyətində olan Parijdədir.

Eyni zamanda 2018-ci ilin “inqilabından” sonra Qərbin təsiri altında qalmış Yerevanın hərəkəti, ötən həftə “Moskovski komsomolets”in da qeyd etdiyi kimi, Rusiyanın stabil tərəfdaşlarının NATO ilə qarşıdurma perimetrində sıxışdırılıb çıxarılması məntiqə girir, bununla Alyansın gərginlik qövsünün proksi-müharibə (yəni üçüncü tərəfin iştirak etdiyi müharibə - red.) qövsünə çevrilməsi ssenarisinə dəstək verilir.

Nikolay Korsakov

                    

 

03.10.2020 10:42
Bölmə Siyasət


Müəllif Nikolay Korsakov


Mənbə Gazeta.ru