• Sekuta: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daim sadiq olub"

"ABŞ Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını daim diqqətdə saxlayır. Biz tərəfləri bir araya gətirərək, həlli uzanmış bu məsələnin tez bir zamanda həlinə çalışırıq".

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Həmsədrlərin fəallaşmasından danışan səfir bildirib ki, ABŞ daim məsələnin həlli ilə bağlı irəliləyişə imkan verən yol tapılmasına çalışır: "ABŞ nizamlanma prosesinə daim sadiq olub. Dağlıq Qarabağ münaqişəsi nəticəsində hələ də insanlar həyatını itirir. Bu münaqişənin tez bir zamanda həlli vacibdir". (apa)

Karabakh Today

 

23.02.2018 21:52
Bölmə Siyasət