• “Qarabağ probleminin həlli ilə bağlı maraqlı dövr yaxınlaşıb”

Tofiq Abbasov: “Bu vaxta qədər Ermənistan sadəcə söz oyunu ilə məşğul idi”

ABŞ hərbi gəmilərinin Suriyaya yaxınlaşması və Trampın Rusiyaya yönəlik “hazır ol, raketlər gəlir” bəyanatından sonra regionda vəziyyətin daha da mürəkkəbləşəcəyi şübhəsizdir. Maraqlıdır, Rusiyanın Suriyada ağır və üzücü müharibəyə cəlb olunması Azərbaycanın Qarabağda anti-terror əməliyaytlarına başlaması üçün fürsət hesab oluna bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov belə bir ehtimalı istisna etmədiyini vurğuladı:

“Belə bir ehtimal ola bilər. Belə bir imkan da yarana bilər. Dünyanın gözü önündə güclü dövlətlər həmişə  öz problemlərini həll etmək üçün güc amilindən istifadə edirlər. Bu gün də ABŞ-ın belə cəhdlərinin şahidiyik. Suriyada çoxşaxəli geosiyasi oyun gedir. Bir çox hallarda verilən vədlərl reallıqlar bir-biri ilə uzlaşmır.

Azərbaycan daim erməni terrorizminin bölgədə ağır vəziyyət yaratdığını dünyanın diqqətinə çatdırıb. Təbii ki, terrorun cavabı terrorçunu yerində oturtmaq ola bilər.

Hesab edirəm ki, maraqlı bir dövr yaxınlaşıb. Ermənistanda yeni prezident fəaliyyətə başlasa da, onu səlahiyyətləri geniş deyil. Baş nazir postunda kim oturacaqsa, Qarabağ məsələsi ilə bağlı da məhz həmin şəxs öz mövqeyini aydın şəkildə bildirməlidir. Hələ ki, Ermənistan söz oyunu ilə məşğul idi. Azərbaycan isə bu vəziyyətlə barışa bilməz. Əgər Ermənistan bundan sonra siyasi oyunbazlığa meyl edəcəksə, o zaman Azərbaycan anti-terror əməliyyatlarına qərar verə bilər. Bu, Azərbaycanın ən təbii haqqıdır”

Karabakh Today

12.04.2018 14:47
Bölmə Siyasət