• Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünün yeri və vaxtı məlum olub

Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək.

Bu barədə Karabakh Today-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, yanvarın 18-də xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək.

Görüşlərdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

Karabakh Today

16.01.2018 11:57
Bölmə Analitika