• Bakıda Azərbaycan-İran biznes forumu keçirilir

Hər iki ölkənin dövlət başçıları biznes forumda iştirak edirlər

Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir. Karabakh Today bu barədə prezident İlham Əliyevin rəsmi saytına istinadən xəbər verir.

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir
 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani biznes forumda iştirak edirlər.

Qeyd edək ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani martın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir
 
 

İran prezidenti Həsən Ruhanini hava limanında Azərbaycan Respublikasının baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Sonra hər iki ölkənin dövlət başçıları arasında görüş olub.



Karabakh Today

29.03.2018 11:53
Bölmə Analitika