• Gənc-fəal qadınlar Gənclər gününü qeyd edib - QARADAĞDA

Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının Qadınlar Şurası 2 Fevral - Gənclər günü ilə bağlı tədbir keçirib. Karabakh Today-in SİA-ya istinadən verdiyi məlumata görə, tədbirdə rayon təşkilatının gənc qadın fəalları iştirak edib.

Açılış nitqi ilə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş Gənclər Günü və onun əhəmiyyətindən danışıb: “Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin I Forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin,təhsilin inkişafını, ölkəmizin siyasi,iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır”.

A.Hüseynov qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olarıq”.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Hicran Xəlilova, rayon təşkilatının cənclər birliyinin sədri Ramiz Yusubov və YAP-ın fəal gənc xanımları çıxış edərək gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunmasından, onların faydalı məşğulluğunun təmin edilməsindən, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardığından danışıblar.

02.02.2018 14:21
Bölmə Cəmiyyət