• Əlillikdən heç kim sığortalanmayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə   elan etdiyi Qrant müsabiqələrində qaliblərdən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. “Rusiya və Azərbaycan QHT-lərinin əməkdaşlığı nəticəsində əlilliyi olan insanların  problemlərinin birgə həlli yollarının araşdırılması” adlı layihənin icrası Rusiyada və Azərbaycanda icra ediləcəkdir.

Layihəmizin icrasında 17 may 2018-ci il tarixində saat 10-00-da  Ağdam rayon Humanitar İqtisad Kollecində “Əlillikdən heç kim sığortalanmayıb” adlı tədbir keçirildi.  Tədbiri kolleçin direktoru professor Natiq Cavadov açdı. Kollecin keçirdiyi tədbirlər və QHT əməkdaşlığının əliliyi olan insanların problemlərinin həllində mühüm rol oynaya biləcəyini bildirdi.  Layihə rəhbəri Radə Abbas layihə haqda geniş məlumat verdi. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti aparatının nümayəndəsi Ziya Hümmətov, Qarabağ Qazilər İctimai Birliyi Ağdam rayon şöbəsinin rəhbəri  Şamil Əbilov, Qarabağ Əlilləri Müharibə Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağdam rayon şöbəsinin sədri Baxşeyiş Abbasoğlu çıxış edərək müharibədə sağlamlığını itirmiş insanların problemləri və həlinin vacibliyindən danışdılar. Kollecin direktor müavini Mütəllim Cavadov Qarabağın işğalı nəticəsində əlillik qazanmış insanlar və ailə üzvlrinə  xüsusi diqqət lazım olduğunu qeyd etdi. Sonda Radə Abbas tədbirin təşkili üçün Ağdam Rayon İcra Hakimiyəti aparatına və Kollec rəhbərliyinə təşəkkürünü bildirdi. Layihənin icrası Rusiyanın Dərbənd şəhərində davam etdiriləcəkdir.

Rəsmiyyə Allahverdiyeva

Karabakh Today



 

17.05.2018 20:07
Bölmə Cəmiyyət