• Orucluq zamanı bədəninizdə nə baş verir?

Hər il milyonlarla müsəlman sübh tezdən gün batana qədər Ramazan ayında 30 gün ərzində oruc tutur.

Son illərdə Ramazan ayı şimal yarımkürəsində günün işıqlı vaxtının uzandığı və havaların daha isti keçdiyi yay aylarına təsadüf edib (bu il Ramazan ayının Britaniyada mayın 16-da başlayacağı gözlənilir).

  •  

Nəticədə, misal üçün Norveç kimi ölkələrdə oruc tutan insanlar hər gün 20 saatadək yemək qəbul etməməli olacaq.

Bu, insan səhhətinə necə təsir göstərə bilər? İnsan 30 gün ərzində oruc olanda bədənində hansı dəyişiklik baş verir?

Doughnuts

Real olaraq sizin bədəniniz "orucluq vəziyyətinə" son yemək qəbul etməyinizin üstündən 8 saat keçənə qədər düşmür.

Bu vaxta yaxın müddət ərzində bağırsaqlarınızda qidalı maddələrin sorulması prosesi başa çatır.

Bundan sonra orqanizmimiz ciyərimizdəki və əzələlərimizdəki qlyukoza ehtiyatlarını sərf etməyə başlayır.

Qlyukoza ehtiyatları tükəndikdən sonra piy orqanizm üçün növbəti enerji mənbəyinə çevrilir.

Hungry man sits at a table with plate, knife and fork

Bədəndə piyin yandırılması prosesi çəkinin azalmasına gətirib çıxarır, xolesterolun səviyyəsi və diabet riski azalır.

Lakin qanda şəkərin səviyyəsinin azalması zəifliyə və letargiyaya səbəb olur.

Sizdə başağrısı, başgicəllənməsi, öyümə yarana bilər, ağızdan pis iy gələ bilər.

Bu zaman sizin aclıq səviyəniz ən yüksək dərəcəyə qalxır.

Susuzluqla ehtiyatlı olun - 3-7-ci günlər

Sizin bədəniniz orucluğa öyrəşəndə, piy dağılmağa başlayaraq qandakı şəkərə dönür.

Günün orucluq çəkilən hissələri arasında fasilələrdə maye qəbulunu bərpa etmək lazımdır, əks halda tərləmə nəticəsində suyun itirilməsi suszlaşmaya (dehidratasiyaya) gətirib çıxara bilər.

Man drinking water

Sizin yeməyinizn tərkibində karbohidratlar və piy kimi müvafiq miqdarda "enerjili qida" olmalıdır.

Pəhrizin zülallar, duzlar və su kimi maddələrlə balanslaşdırılması da vacibdir.

Öyrəşmə dövrü - 8-15-ci günlər

Üçüncü mərhələdə, bədəniniz orucluğa tam öyrəşərkən, siz əhval-ruhiyyənizin yaxşılaşmasını hiss etməlisiniz.

Cambridge-də Addenbrooke's xəstəxanasının Anesteziya və İntensiv Müalicə şöbəsinin məsləhətçisi doktor Razeen Mahroof deyir ki, bu mərhələdə digər müsbət cəhətlər də özünü göstərir.

mezze meal on a table

"Gündəlik həyatda biz çox vaxt həddən artıq kaloriyalı yemək yeyirik, bu isə bədənə digər, misal üçün, özünübərpa funksiyasını normal yerinə yetirməyə imkan vermir".

"Beləliklə, orucluq orqanizmin özünübərpasını asanlaşdlıra və infeksiyalarla mübarizə qabiliyyətini gücləndirə bilər."

Bərpa - 16-30-cu günlər

Orucluğun ikinci yarısında bədəniniz aclığa tamamilə öyrəçir.

Sizin bağırsağınız, ciyəriniz, böyrəkləriniz və dəriniz bərpa dövründən keçir.


"Bu mərhələdə sizin bədəniniz enerji üçün zülal işlətməməlidir. Bu vəziyyət davamlı orucluq müddətindən sonra yaranır.""Orqanların funksiyası bu mərhələdə maksimum dərəcədə fəaliyyət rejiminə qayıdır. Sizin yaddaşınız və diqqətinizn yaxşılaşa bilər, özünüzü daha enerjili hissə edə bilərsiz", - doktor Mahroof deyir.

"Orucluq yalnız sübhdən hava qaralanadək davam etdiyindən özümüzə enerjili yemək-içməklə dəstək vermək imkanımız olur".

Beləliklə, orucluq sağlamlığımız üçün xeyirlidirmi?

Doktor Mahroof bu suala müsbət cavab verir, lakin bu müsbətliyin şərti var.

"Orucluğun bədənimizə xeyir verir, çünki nəyi və nə zaman yediyimizə köklənirik. Lakin 1 ay ərzində davam edən orucluq xeyirdisə, bundan daha uzun müddət ərzində aclıq çəkmək məsləhət görülmür."

Family eating a meal together

 

"Uzunmüddətli orucluq arıqlamağa kömək etmir, çünki bu zaman bədəniniz artıq piyi enerjiyə çevirmək mərhələsini bitirib, enerji əldə etmək üçün əzələləri yandırmağa başlayır. Bu yaxşı hal deyil, çünki bədəninizin "aclıqçəkmə vəziyyətinə" düşdüyündən xəbər verir".

Həkim məsləhət görürür ki, Ramazan ayı xaricində aclıq epizodik olaraq çəkilsin və ya 5:2 nisbətində pəhriz saxlanılsın (həftənin 2 günü - aclıq, qalan günləri isə normal rejim).

Onun fikrincə, bu, uzunmüddətli aclıqçəkmə rejimindən daha sağlam alternativdir.

Karabakh Today

22.05.2018 13:45
Bölmə Cəmiyyət