• Ermənistanda böhran: Hərbçilərin maaşları kəsildi

Ermənistan hökumət orqanları dövlət qurumlarının maliyyələşdirilməsi problemini heyəti azaltmaqla deyil, dövlət qulluqçularının maaşlarını azaltmaqla həll etməyə qərar verib.

Karabakh Today xəbər verir ki, bu barədə "İravunk" qəzeti yazıb.

Nəşrin məlumatına görə, əmək haqlarının azaldılmasının nisbəti 40 faizə qədər çata bilər. Azalma Ermənistan ordusundan da yan keçməyib. Belə ki, maaşları azalanlar sırasında digər dövlət qulluqçuları kimi erməni zabitlər də var.

Karabakh Today

24.08.2018 16:07
Bölmə Cəmiyyət