• Azay Quliyev: "Bəzən sosial şəbəkələrdə yazdığınız şərhlərə gülməyim gəlir"

 "Mətbuatda Yeni Azərbaycan Partiyasının qərargahında Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ilə görüşlə bağlı məlumatlar verildi. Yəqin ki, bundan sonra bəziləri əks-təbilağata başlayacaqlar. Buna hazır olmaq lazımdır".

"Karabakh.today"ın  xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının qərargahında Qeyri-Hökumət Təşkilatlarının (QHT) nümayəndələri ilə görüşdə Prezident yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bəzi Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrini tənqid edib: "Bu görüşdə özünüz də gördünüz ki, sizə nəyisə sırımaq, təlimat vermək halları olmadı. Görüşdə gəlinən nəticə odur ki, təlimlərə ehtiyac var. Biz bir çox texnoloji məsələlərdən tam istifadə edə bilmirik, bəzi qlobal şirkətlərin imkanlarından faydalanmırıq, bəzi hallarda isə pərakəndə fəaliyyət göstəririk. Bəzən sosial şəbəkələrdə yazdığınız şərhlərə baxıram, gülməyim gəlir. Bəzi şeyləri açıqlamaq istəmirəm, siz şərhləri candərdi yazmayın, ağıllı, məntiqli yazın, qarşınızdakının kim olduğunu bilin. Ən vacib məsələsi isə pozitiv materialların paylaşılmasıdır".

Karabakh.today

13.02.2019 17:21
Bölmə Cəmiyyət