• BU İL 600 KƏNDİ BİRLƏŞDİRƏCƏK 1000 KİLOMETRLİK YOL BƏRPA EDİLƏCƏK

Bu il Azərbaycanda 1000 kilometrdən artıq kənd yolu bərpa ediləcək.
 
Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
 
Onun sözlərinə görə, bərpa ediləcək yollar kəndi birləşdirəcək: "Bununla yanaşı, bu il Bakı şəhərində 13 layihəmiz var. Həmin layihələr Bakı şəhərini kənd və qəsəbələrlə birləşdirən yolların yenidən qurulması ilə bağlıdır. Bu il də Bakı şəhərində yeraltı və yerüstü keçidlər tikiləcək. Bu layihələrin hamısı ilin sonuna qədər yerinə yetiriləcək və həmin yollar istifadəyə veriləcək".
Karabakh Today

22.02.2019 15:09
Bölmə Cəmiyyət