• "Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçib

"Azərbaycan Dəmir Yolları" QSC qarşıdan gələn Ramazan bayramı münasibətilə gücləndirilmiş iş rejiminə keçib. 

"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar, rahat və ucuz nəqliyyat vasitəsi kimi, vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər. Bunu nəzərə alan ADY-nin Sərnişin daşımaları departamentinin kollektivi gucləndirilmiş iş rejimində çalışır. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib. 

Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonlar qoşulur. Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir. 

Karabakh Today

30.05.2019 13:23
Bölmə Cəmiyyət