• Azərbaycanda və bütün müsəlman dünyasında Ramazan bayramı qeyd olunur

Karabakh.Today məlumat verir ki, müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

Ramazan ayı insanlara Allahı sevməyi öyrətməklə onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmiz vicdanlı və saxavətli olmağa yönəldir və bunlar orucla ifadə olunur.

Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində müqəddəs Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirildiyinə görə, bayram namazı Göy məscid (Əjdərbəy) məscidində mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb. Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür.

Əziz soydaşlarımız, sizi müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edirik, sizə möhkəm can sağlığı, xoşbəxtlik, hər zaman firəvanlıq arzulayırıq!

 

 

02.05.2022 09:25
Bölmə Cəmiyyət


Mənbə Karabakh.Today